...

Azərbaycanda əmlakın yanğından sığortasının üstünlükləri ilə bağlı məsələlər müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 17:19 (UTC +04:00)
Azərbaycanda yanğın təhlükəsizliyi və əmlakın yanğından sığortasının üstünlükləri ilə bağlı məsələlər Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun görüşündə müzakirə edilib.
Azərbaycanda əmlakın yanğından sığortasının üstünlükləri ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanda yanğın təhlükəsizliyi və əmlakın yanğından sığortasının üstünlükləri ilə bağlı məsələlər Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun görüşündə müzakirə edilib.

ASA-dan Trend-ə verilən məlumata görə, görüşdə daşınmaz əmlakın icbari sığortası və yanğın təhlükəsizliyinə qarşı tədbirlər diqqət mərkəzində olub. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində birgə tədbirlərin keçirilməsi qərara alınıb.

Eləcə də yanğın təhlükəsizliyinin yüksəldilməsi və yanğının qarşısının alınması məqsədilə yeni innovativ qurğulardan istifadə və onun təbliği müzakirə obyekti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti