...

"Bank Technique"-in "Sığortalı" depoziti ilə vəsaitlərinizin güvənli əllərdə olmasından əmin olun

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 12:46 (UTC +04:00)
Daima yeni məhsullarla müştərilərinin qarşısına çıxan “Bank Technique” ASC, bu dəfə də öz ənənəsinə sadiq qalaraq, yeni məhsulu – “Sığortalı” depozitini təqdim edir.
"Bank Technique"-in "Sığortalı" depoziti ilə vəsaitlərinizin güvənli əllərdə olmasından əmin olun

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Daima yeni məhsullarla müştərilərinin qarşısına çıxan "Bank Technique" ASC, bu dəfə də öz ənənəsinə sadiq qalaraq, yeni məhsulu - "Sığortalı" depozitini təqdim edir. Yeni depozitin əsas cəlbedici xüsusiyyəti, bura yatırılan vəsaitin, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən, 10 il ərzində dəyişilməz 9% dərəcəsi ilə sığortalanmasıdır. Belə ki, "Bank Technique"in "Sığortalı" depozitinin əmanətçiləri, vəsaitlərini yerləşdirdiyi andan etibarən bir ildən sonra, istənilən vaxt, pullarını məxaric etdikdə belə, faizlər illik 9% dərəcəsi ilə hesablanacaqdır*.

"Sığortalı" depozitində faizlər aylıq hesablanır. Bu depozitə yerləşdiriləcək, minimum, məbləğ 500 AZN və ya ABŞ dollarıdır. Üçüncü şəxsin xeyrinə də açıla biləcək depozit üzrə vəsaitlərini yerləşdirən müştərilərə "Bank Technique"in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.

*- Sığorta hadisəsi baş verdikdə, Fond tərəfindən hər bir müştəriyə, Bankda sığortalanan depozit üzrə onun 100%-i həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə, kompensasiya ödənilir (AƏSF).

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti, 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 32 filial və 6 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti