...

Azərbaycan əhalisinin gəlirləri il ərzində 5 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 16:54 (UTC +04:00)
2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 3,3 faiz artıb.
Azərbaycan əhalisinin gəlirləri il ərzində 5 faizə yaxın artıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 3,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,0 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,0 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti