...

AİB Azərbaycan iqtisadiyyatının artım proqnozunu dəyişməz saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2014 18:39 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) 2014 və 2015-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu dəyişməz saxlayıb.
AİB Azərbaycan iqtisadiyyatının artım proqnozunu dəyişməz saxlayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Azad Həsənli/

Asiya İnkişaf Bankı (AİB) 2014 və 2015-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu dəyişməz saxlayıb. Trend-in məlumatına görə, bu barədə yenilənmiş "Asian Development Outlook 2014" hesabatında deyilir.

Apreldə dərc edilmiş hesabatda olduğu kimi, bank gözləyir ki, 2014-cü ildə ölkə ÜDM-in artım tempi 5 faiz, 2015-ci ildə isə 4,8 faiz təşkil edəcək.

Hesabata əsasən, AİB Azərbaycan, Gürcüstan və Tacikistanda ÜDM-in artım proqnozlarını eyni səviyyədə saxlayıb. Hesabatın analitikləri hesab edirlər ki, 2014-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatının artım tempinin proqnozdan fərqli olaraq yarıdan bir qədər az aşağı düşməsinə baxmayaraq, neft istehsalı, tikinti, xidmətlər və kənd təsərrüfatı sahələrində bu ilin II yarısında proqnozlaşdırılan artım əvvəlki artım proqnozunu saxlayacaq".

Bank ümumilikdə Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya regionu üzrə inkişaf proqnozunu 2014-cü ildə 6,5 faizdən 5,6 faizədək, 2015-ci ildə isə 6,5 faizdən 5,9 faizədək endirib. Bankın analitikləri bu azalmanı regionun 8 ölkəsindən 5-də - Ermənistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda ÜDM-in daha az artım gözləntisi ilə əlaqələndirirlər.

AİB, həmçinin 2014-2015-ci illərdə Azərbaycanda inflyasiya üzrə proqnozu dəyişməz, yəni müvafiq olaraq 4 və 3,5 faiz səviyyəsində saxlayıb. Bank, eyni zamanda, Azərbaycan ÜDM-ə nisbətdə cari əməliyyatların hesab profisiti üzrə proqnozu əvvəlki səviyyədə, yəni 2014-cü ildə 16 faiz, 2015-ci ildə isə 15 faiz səviyyəsində saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti