Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Müştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı (ASB Bank) bayram günlərində də fəaliyyət göstərəcək.
Belə ki, Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Bank Park Bulvar filialı ilin 365 günü səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.
Park Bulvar filialında aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz:
• Fiziki və hüquqi şəxslərin hesablarının açılması
• Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
• Sürətli pul köçürmələri
• Depozitlərin (əmanətlərin) qəbul edilməsi
• Valyuta mübadilə əməliyyatlarının aparılması
• Rabitə və kommunal ödənişlərin qəbulu
• POS Terminal xidmətləri
• 7/24 ATM xidmətləri
Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcək.
Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildən fəaliyyətə başlayıb. 30 iyun 2014-cü il tarixinə bankın məcmu kapitalının həcmi 64,99 milyon manat təşkil edib.