...

Azərbaycan və İran bank əməliyyatları sahəsində əməkdaşlığı genişləndirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2014 13:33 (UTC +04:00)
Tehrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra proqnozlara müvafiq olaraq, Azərbaycan və İran arasında bank əməliyyatlarının sayı artacaq.
Azərbaycan və İran bank əməliyyatları sahəsində əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər Təmkin Cəfərov, Elmira Tariverdiyeva/

Tehrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra proqnozlara müvafiq olaraq, Azərbaycan və İran arasında bank əməliyyatlarının sayı artacaq. Bunu Trend-ə İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf deyib.

V.Seyfi İran Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər gəlib.

Onun sözlərinə əsasən, ikitərəfli əmtəə dövriyyəsinin səviyyəsinin yaxşı olmasına baxmayaraq, iki ölkə arasında bank sahəsində əməkdaşlıq istənilən səviyyədə deyil: "İki ölkə arasında əməkdaşlıq bu sahədə sanksiyalar ləğv edildikdən sonra genişlənəcək".

V.Seyfi qeyd edib ki, "Milli İran Bank"ının Bakı nümayəndəliyi uzun illərdir iki ölkənin ikitərəfli iqtisadi əlaqələrinin genişləndirilməsi məqsədilə aktiv fəaliyyət aparıb, lakin buna İrana qarşı tətbiq edilmiş sanksiyalar mane olub.

Sanksiyalar və onun ölkənin bank sisteminə təsirinə gəlincə, bank sədri onları qanunsuz adlandırıb və əlavə edib ki, İran Xarici İşlər Nazirliyi öz növbəsində ölkənin nüvə proqramı üzrə danışıqların aparılmasında sanksiyaların ləğv edilməsi məqsədini güdür. İran Mərkəzi Bankı da sanksiyaların aradan qaldırılması üçün məhkəmələrə şikayət edib: "Mərkəzi Bank Avropa məhkəmələrinə bir neçə iddia göndərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti