...

İran Azərbaycanın maliyyə-bank sektorunda görülən işləri yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2014 17:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov İran Mərkəzi Bankının sədri Valiollah Seifini qəbul edib.
İran Azərbaycanın maliyyə-bank sektorunda görülən işləri yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov İran Mərkəzi Bankının sədri Valiollah Seifini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əməkdaşlığın inkişafı barədə, eləcə də İran İslam Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış anlaşma memorandumlarından irəli gələn maliyyə-bank məsələləri ətrafında müzakirələr aparılıb.

E.Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirərək hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ümumilikdə Azərbaycan iqtisadiyyatının, o cümlədən maliyyə-bank sektorunun davamlı inkişaf istiqamətləri barədə ətraflı məlumatları qonağın diqqətinə çatdırıb.

İran Mərkəzi Bankının sədri isə öz çıxışında Azərbaycanın maliyyə-bank sektorunda görülən işləri yüksək qiymətləndirərək ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirib. İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin qurulduğunu qeyd edən V.Seifi bu əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti