...

Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 10:58 (UTC +04:00)
Bakıda Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində biznes forum keçiriləcək.
Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Səba Ağayeva/

Bakıda Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində biznes forum keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İclasda və biznes forumda iştirak etmək üçün 14-15 dekabr tarixlərində Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi hökumət nümayəndə heyəti Bakıya səfər edəcək. Nümayəndə heyətinin tərkibinə ölkənin işgüzar dairələrinin 50-dən artıq nümayəndəsi, jurnalistlər daxildirlər.

İslasda qarşılıqlı əmtəə dövriyyəsi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Polşa tərəfi Azərbaycanda investisiyaların yatırılması ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Natiq Əliyev, Polşa tərəfdən isə Yanuş Pexoçinskdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti