...

Nazir: Azərbaycan bazarı Polşa üçün ən vacib bazarlardan biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2014 13:57 (UTC +04:00)
Azərbaycan bazarı Polşa üçün 10 ən vacib bazardan biridir. Trend xəbər verir ki, bunu bazar ertəsi Bakıda Azərbaycan və Polşa biznes forumunda Polşanın iqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.
Nazir: Azərbaycan bazarı Polşa üçün ən vacib bazarlardan biridir

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan bazarı Polşa üçün 10 ən vacib bazardan biridir. Trend xəbər verir ki, bunu bazar ertəsi Bakıda Azərbaycan və Polşa biznes forumunda Polşanın iqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.

Nazir bildirib: "2013-cü ildə Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsi 150 milyon dollar təşkil edib. Bu göstərici 2012-ci ildəkindən 20,6 faiz çoxdur. 2014-cü ilin yanvar-sentyabr aylarında ölkələr arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Azərbaycan bazarı Polşa üçün on ən vacib bazardan biridir".

Pexoçinski qeyd edib ki, hazırda 550-dən artıq Polşa şirkəti öz məhsullarını Azərbaycana ixrac edir: "Polşa Azərbaycan ilə əməkdaşlıq üçün inşaat, mənzil-kommunal, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, energetika, ətraf mühitin mühafizəsi, kimya sənayesi, logistika və nəqliyyat sahələrini perspektivli hesab edir".

Nazir bildirib ki, Polşa şirkətlərinin Sumqayıt Kimya-Sənaye Parkına səfər etmələri əməkdaşlıq üçün böyük imkanlar açır.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan şirkətlərinin Polşada nəqliyyat, energetika, kimya sənayesi, yol və körpülərin tikintisi sahəsində əməkdaşlığı artır: "Əgər 2011-2012-ci illərdə Polşa bazarında 4,3 milyon dollarlıq Azərbaycan malı satılırdısa, 2013-cü ildə həcm 19,9 milyon dollara, 2014-cü ilin yanvar-sentyabrında isə 24 milyon dollara çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti