...

Üçüncü bazarlarda Azərbaycan-Polşa əməkdaşlığı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2014 18:38 (UTC +04:00)
Polşa və Azərbaycan maliyyə institutları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Üçüncü bazarlarda Azərbaycan-Polşa əməkdaşlığı

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Polşa və Azərbaycan maliyyə institutları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu bu gün Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Bakıda keçirilən Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında artan əmtəə dövriyyəsi və Azərbaycan mallarının Polşaya ixracının getdikcə artması göstərir ki, Polşa iqtisadiyyatı Azərbaycan mallarını almağa hazırdır: "Hazırda bu, yanacaq, yarımfabrikatlar, mexanizmlərdir. Təkcə son bir il ərzində Azərbaycandan meyvə-tərəvəz ixracı 3 dəfə artıb. Yəni əməkdaşlıq o qədər artıb ki, artıq qarşılıqlı investisiyalar barədə danışmağın vaxtı çatıb".

Nazir qeyd edib: "Belə əməkdaşlıq iqtisadi əlaqələrimizi yeni səviyyəyə yüksəldəcək. Biz Azərbaycan şirkətlərini Şərqi Avropada ən iri olan Polşa birjasına dəvət edirik. Həmçinin qarşılıqlı biznes xidmətləri, o cümlədən maliyyə və sığorta sahəsində xidmətlərin göstərilməsi imkanlarına baxmaq lazımdır".

Y.Pexoçinski əlavə edib ki, Azərbaycan və Polşa artıq üçüncü bazarlarda birgə işləyə bilərlər: "Əlaqələrin daha da genişləndirilməsi üçün birgə işimizi gücləndirmək və şərait yaratmaq şansından istifadə etmək lazımdır. Deyə bilərəm ki, Polşa Azərbaycanın etibarlı siyasi, geosiyasi və iqtisadi tərəfdaşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti