...

Expressbank-ın "Qış möcüzəsi" aksiyasının ilk qalibləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 19:05 (UTC +04:00)
"Expressbank" bank kartlar üzrə "Visa" ilə birgə "Qış möcüzəsi" adlı aksiya keçirir.
Expressbank-ın "Qış möcüzəsi" aksiyasının ilk qalibləri

Azərbaycan, Bakı, 9 fevral /Trend/

"Expressbank" bank kartlar üzrə "Visa" ilə birgə "Qış möcüzəsi" adlı aksiya keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın 2 müştərisi planşet və smartfon, 214 nəfər isə "flash-card" qazanıb.

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə "flash-card" qazana biləcəklər.

Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, müştərilər "Visa Electron" kartını 6 AZN, "Visa Classic" kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə "Visa Gold", 800 AZN ilkin mədaxillə isə "Visa Platinum" kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

"Expressbank" geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği "Expressbank" bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 160-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti