...

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının tədarükü üçün "yaşıl dəhliz" yaradırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 11:24
Qazaxıstan kənd təsərrüfatı məhsullarının tədarükü üçün Azərbaycana "yaşıl dəhliz" yaratmağı təklif edir.
Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının tədarükü üçün "yaşıl dəhliz" yaradırlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Azad Həsənli/

Qazaxıstan kənd təsərrüfatı məhsullarının tədarükü üçün Azərbaycana "yaşıl dəhliz" yaratmağı təklif edir. Trend xəbər verir ki, bu barədə Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdə Qaza­xıs­tan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri Daulet Yerqojin deyib.

D.Yerqojin bildirib: "Biz bilirik ki, Azərbaycanda kənd təsərrüfatı çox yaxşı inkişaf edir və biz satış bazarlarından biri olmaq istəyirik".

O, əlavə edib ki, eyni zamanda, Qazaxıstan Azərbaycana bir sıra məhsullar tədarük edə bilər, söhbət yerli istehsalçılarla rəqabətdən deyil, Azərbaycanda yetişdirilməyən məhsullardan gedir.

Öz növbəsində A.Əliyev Azərbaycanın Qazaxıstanla "yaşıl dəhliz" yaratmaqdan məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq Rusiya ilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının tədarükünün "yaşıl dəhliz" vasitəsilə maneəsiz təşkili haqqında sənədi imzalamağı planlaşdırır.

Hazırda sənədin dövlətdaxili prosedurlardan keçdiyini qeyd edən DGK sədri əlavə edib ki, Qazaxıstanla da müvafiq sənədin imzalanmasında həmin sənəd əsas kimi qəbul edilə bilər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yekunlarına əsasən, Azərbaycanla Qzaxıstan arasında əmtəə dövriyyəsi 250,9 milyon dollar təşkil edib, ondan 221,06 milyon dollar Qazaxıstandan Azərbaycana idxalın, 29,8 milyon dollar isə Qazaxıstana ixracın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti