...

Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2015 10:33 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

Azərbaycan, Bakı, 6 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İSN-nin SKMF aprelin 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması
- kiçik həcmli istixana təsərrüfatlarının yaradılması
- ət kəsimi, makaron, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti