...

Neft Mühəndisləri Cəmiyyəti 2-ci Xəzər Texniki Konfrans və Sərgisini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 16:09 (UTC +04:00)
Neft Mühəndisləri Cəmiyyəti 2-ci Xəzər Texniki Konfrans və Sərgisini təqdim edir.
Neft Mühəndisləri Cəmiyyəti 2-ci Xəzər Texniki Konfrans və Sərgisini təqdim edir

Konfrans Azərbaycanda, Bakı şəhərində ilk dəfə keçiriləcək

Neft Mühəndisləri Cəmiyyəti (NMC) İllik Texniki Konfransı 4-6 noyabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək. SOCAR-ın ev sahibliyi etdiyi, SOCAR, BP, Chevron, ExxonMobil, Nobel Upstream, Schlumberger, Statoil və Total şirkətlərinin sponsoru olduğu tədbir Azərbaycanda Azərbaycanın neft və qaz sənayesinin növbəti mərhələsinin inkişafı üçün lazım olan ən son texnologiyalara həsr olunmuş ilk texniki konfrans olacaq. Konfransın həmsədrləri SOCAR-ın Birinci Vitse-Pezidenti Xoşbəxt Yusifzadə və BP-nin Yataqların İşlənməsi üzrə Vitse Prezidenti Martyn Smith olacaq.

"Belə bir prestijli NMC texniki konfrans və sərgisinin Bakıda keçirilməsi burada, Xəzər regionunda neft və qaz sahəsinin daha da yaxşı dərk edilməsi üçün, həmkarların onlara maraqlı olan məsələlər barədə fikir və təcrübə mübdiləsi aparması üçün fantastic bir imkandır. Mən bu sahə ilə bağlılığı olan hər kəsi həqiqətən də dəyərli olan bu texniki tədbirdə iştirak etməyə və ondan yararlanmağa dəvət edirəm," Martyn Smith deyib.

NMC bütün dünyada neft və qaz sahəsinə aid yüksək keyfiyyətli texniki kontent yaratmasına görə tanınır. Qurum bu sahəyə təsir edə bilən ən mühüm şəxslərin, yerli və beynəlxalq ekspertlərin, habelə çox sayda qlobal şirkətin iştirakını cəlb edir. Bu tədbir keçən il Qazaxstanın Astana şəhərində böyük uğurla keçirilmiş XTKS-nin ardınca keçirilir. Astanada keçirilmiş XTKS-nin həmsədrləri Energetika Nazirinin Birinci Müavini Uzakbal Karabalin və Shell Kazakhstan şirkətinin Ölkə Rəhbəri Campbell Kier olmuşdu. Tədbirdə üç gün ərzində 450-dən çox mütəxəssis iştirak etmiş, Energetika Nazirliyi, KazMunayGaz, KAZENERGY, Shell, ExxonMobil, Chevron, TCO, KPO-nun əsas çıxışları səslənmiş, dörd yüksək səviyyəli CEO paneli keçirilmiş və 18 sessiyada 54 texniki məqalə təqdim olunmuşdu. 2015-ci ildə keçiriləcək tədbir NMC-nin Azərbaycanın neft və qaz sənayesini texnologiya innovatoru kimi, Azərbaycanı isə kəşfiyyat və istehsalat texnologiyaları habı kimi tanıtmaq planları üzərində qurulacaq. Bundan başqa, Xəzər neft və qaz mütəxəssislərinə dəstək vermək üçün texniki resurslar, proqramlar və tədbirlər artırılacaq. NMC və XTKS təmsilçiləri XTKS tədbirini daha yaxşı tanıtmaq və onunla bağlı suallara cavab vermək üçün 22-ci İllik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edəcəklər.

XTKS neft-qaz sahəsində çalışan regional və dünya liderlərinin şəbəkələşməsi, ən son məsələləri və yenilikləri müzakirə edə bilməsi üçün gözəl bir imkan olacaq. Konfransın proqramına mövzu üzrə panel sessiyaları daxilində tədqiqatlara əsaslanan təqdimatlar və texniki sessiya formatı da daxildir. Əsas panel sessiyaları həm başlıca regional məsələləri, həm də qlobal mövzuları araşdıracaq və bu zaman bilik və təcrübə mübadiləsi əsas məqsəd olacaq. Sessiyanın mövzularına Qazma və Tamamlama, Süni Qaldırma Vasitələri, Ətraf Mühitə Nəzarət, Geologiya və Petrofizika, Emal Təhlükəsizliyi, Neft Hasilatının Artırılması Metodları, Yataq Dinamikası və s. daxildir. Tədbirdə neft-qaz sənayesinin bütün işlək aspektlərini təmsil edən mütəxəssislərin iştirakı gözlənilir. Bura neft və qaz mütəxəssisləri, xidmət və konsaltinq şirkətləri, hökumət və təşkilat təmsilçiləri, peşəkar cəmiyyətlər, universitet və tədqiqat mərkəzləri də daxildir.

Neft Mühəndisləri Cəmiyyəti haqqında

Neft Mühəndisləri Cəmiyyəti (NMC) enerji mənbələrinin işlənməsi və istehsalı ilə məşğul olan üzvlərin mənfəət güdəməyən peşəkar assosiasiyasıdır. NMC dünyanın 147 ölkəsində 143000 üzvə xidmət edir. NMC neft və qaz kəşfiyyatı və istehsalı sahəsinə aid mühüm texniki bilik resursudur. O, özünün nəşrləri, tədbirləri, təlim kursları və spe.org səhifəsində yerləşdirilmiş onlayn resursları vasitəsilə xidmət göstərir.

NMC bütün dünyada neft və qaz sənayesinin yuxarı təbəqəsində olan menecer, mühəndis, alim və digər mütəxəssislərə xidmət göstərən, fərdi üzvləri birləşdirən ən böyük təşkilatdır. O həm də neft və qaz kəşfiyyatı və istehsalı sahəsi ilə bağlı texniki bilik təqdim edən mühüm resursdur. NMC çap vəsaitlərini, 140-dan çox tədbiri (seminar, konfrans və sərgi), təlim kursları və onlayn resursları hazırlayıb təqdim edir.

Mətbuat üçün əlaqə:

Jane Lu, Marketinq Meneceri, İllik Xəzər Texniki Konfransı və Sərgisi, Tel: +44 20 72993300, Faks: +44 20 7299 3309 , e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti