...

"Bank Technique" qısamüddətli əmanətlər üzrə faiz dərəcələrini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 17:24 (UTC +04:00)
Yayın sonu, 31 avqust tarixinə kimi hər bir müştəri banka müraciət edərək, 12 ay müddətinədək əmanət yerləşdirə və illik 14%-ə qədər qazanc əldə edə bilər.
"Bank Technique" qısamüddətli əmanətlər üzrə faiz dərəcələrini artırıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bu gündən "Bank Technique" ASC "İsti yayın sərinləşdirici qazancı" adlı kampaniyası çərçivəsində fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini artırıb.

Bankdan Trend-ə verilən məlumata görə, artım əhali arasında ən populyar hesab edilən milli valyutada "Standart" əmanətinə şamil olunur.

Yayın sonu, 31 avqust tarixinə kimi hər bir müştəri banka müraciət edərək, 12 ay müddətinədək əmanət yerləşdirə və illik 14%-ə qədər qazanc əldə edə bilər. Əmanət üzrə digər şərtlər dəyişməz olaraq qalır.

Xatırladaq ki, fevral ayında da "Bank Technique"də əmanət faizlərinin artırılması barədə qərar qəbul edilib. "Standart" əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəldilib.

Bundan əlavə, "Bank Technique" Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq "Sığortalı" əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib.

Bank həmçinin "Tələbli" depoziti üzrə faiz dərəcələrini 6%-dək artırıb.

Əmanətlərin bütün şərtləri ilə bankın saytında, "Depozitlər" bölməsindən tanış olmaq mümkündür.

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti