...

Bank of Baku manatla nağd pul kreditlərinin verilməsini bərpa etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2015 12:20 (UTC +04:00)
Bank of Baku əhalinin nağd pula olan ehtiyacını qarşılamaq məqsədilə manat valyutasında nağd pul kreditlərinin verilməsini bərpa etdi.
Bank of Baku manatla nağd pul kreditlərinin verilməsini bərpa etdi

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bank of Baku əhalinin nağd pula olan ehtiyacını qarşılamaq məqsədilə manat valyutasında nağd pul kreditlərinin verilməsini bərpa etdi.

Bankdan Trend-ə verilən məlumata görə, kreditin müddəti 24 ayadək, məbləği isə 5000 AZN-dək təşkil edir.

İllik faiz dərəcəsi müştərinin bankla iş tarixçəsindən asılı olaraq dəyişəcək. Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

"Bank of Baku"-nun nağd pul krediti haqqında daha ətraflı: 145 Məlumat Mərkəzi, www.bankofbaku.com və www.facebook.com/bankofbaku.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti