...

Azərbaycan və Qazaxıstan gömrükdə "yaşıl dəhliz" yaradacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 16:13 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan iki ölkə arasında yükdaşımaların asanlaşdırılması üçün "yaşıl dəhliz"in yaradılmasını müzakirə edirlər.
Azərbaycan və Qazaxıstan gömrükdə "yaşıl dəhliz" yaradacaqlar

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və Qazaxıstan iki ölkə arasında yükdaşımaların asanlaşdırılması üçün "yaşıl dəhliz"in yaradılmasını müzakirə edirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

O bildirib: "Biz artıq Rusiya ilə analoji dəhliz yaratdıq və yaxın gələcəkdə Qazaxıstanla rəsmi danışıqlara başlamağı planlaşdırırıq".

Qazaxıstan sərhədində azərbaycanlı sahibkarların yüklərinin gecikdirilməsi məsələsinə toxunan DGK sədri qeyd edib ki, problemlər artıq həll edilib. [Sahibkarlar Çindən Qazaxıstanın Aktau limanınadək yüklər daşıyırdılar]

A.Əliyev əlavə edib ki, yüklər artıq Azərbaycana gəlib: "Hazırda onların yoxlanılmasını aparırıq və gecikdirmənin səbəblərini araşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti