...

Sumqayıtda yeni zavod tikilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 17:34 (UTC +04:00)
Gələn il Azərbaycanda ferrosilisium və ferrosilikomanqan istehsal olunacaq.
Sumqayıtda yeni zavod tikilir (FOTO)

Bakı. Trend:

Ölkənin ilk və ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənaye parkının rezidenti olan "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" parkın ərazisində ferrosilisium və ferrosilikomanqan istehsal edəcək zavodun tikintisinə başlayıb.

Zavodda ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı nəzərdə tutulur. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150-ə yaxın yerli mütəxəssisin işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının hazırda 7 rezidenti var. Sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti