...

Sahib Məmmədov: Türkiyə-Rusiya əlaqələrinin normallaşması Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artımına mənfi təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2016 12:09 (UTC +04:00)
Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artımına mənfi təsir etməyəcək.
Sahib Məmmədov: Türkiyə-Rusiya əlaqələrinin normallaşması Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artımına mənfi təsir etməyəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artımına mənfi təsir etməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında geniş iqtisadi əlaqələr mövcuddur, bura ildən-ilə artan və Türkiyə ilə Rusiya əlaqələrindən asılı olmayan əmtəə dövriyyəsi də daxildir.

S.Məmmədov qeyd edib ki, Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi hər il artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti