...

Azərbaycan nefti bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2016 13:08 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 48,45 dollar/barel təşkil edib.
Azərbaycan nefti bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 48,45 dollar/barel təşkil edib ki, bu da iyulun 6-na olan göstəricidən 0,43 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 47,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 7-də 44,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 7-də 45,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti