...

Bakıda keçirilən beynəlxalq biznes forum çərçivəsində 6 sənəd imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 12:58 (UTC +04:00)
Bakıda bu gün keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes forumda bir neçə saziş imzalanıb.
Bakıda keçirilən beynəlxalq biznes forum çərçivəsində 6 sənəd imzalanıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda bu gün keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes forumda bir neçə saziş imzalanıb.

Trend-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC və “Ukrayna Dəmir Yolları” arasında anlaşma memorandumu imzalanıb. Sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov və “Ukrayna Dəmir Yolları” İdarə Heyətinin üzvü Marek Zalesnı imzalayıb.

Bundan başqa, “TransKonteyner” Publik Səhmdar Cəmiyyəti və Çinin “Dalyan limanı Korporasiyası” arasında strateji əməkdaşlıq haqqında memorandum, “TransKonteyner” Publik Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq haqqında memorandum, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və “RJD Logistika” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq haqqında saziş, “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC arasında əməkdaşlıq haqqında memorandum və “RJDstroy” Səhmdar Cəmiyyəti və “Bakı metropoliteni” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti