...

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvləri yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 17:41 (UTC +04:00)
“İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı növbəti yığıncaq keçirilib.
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvləri yenilənib

Bakı. Trend:

Noyabrın 25-də “İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı növbəti yığıncaq keçirilib.

Bürodan Trend-ə verilən məlumata görə, İSB-nin Nizamnaməsinin 6.2-ci və 11-ci bəndlərinə uyğun olaraq Büronun Himayəçilər Şurasının üzvlərinin təyinat müddəti bitdiyi səbəbindən Büronun iştirakçı sığorta şirkətlərindən “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarova, “Axa Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Lana Çingizovna Gözəlova və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Tələt Abbasqulu oğlu Səfərov Himayəçilər Şurasının üzvləri seçilib.

Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və İcraat Departamentinin Hüquqi Təminat İdarəsinin rəisi Nurlan Babayev və Palatanın Strateji Xidmətlər Departamentinin Strateji Təhlil və Risklərin İdarə edilməsi İdarəsinin böyük analitiki Orxan İsmayılov İSB Himayəçilər Şurasının üzvlərinin tərkibinə növbəti 5 il müddətinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti