...

Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi vaxtı açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2016 15:38 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək.
Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi vaxtı açıqladı

Bakı. Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.

B.Yıldırımın sözlərinə görə, BTQ layihəsi başa çatma mərhələsindədir.

G.Kvirikaşvili isə bildirib ki, Tbilisi BTQ-nin tikintisini tezliklə yekunlaşdırmaq üçün bütün zəruri işləri görür.

Gürcüstanın Baş naziri bu layihəni Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığında mühüm bənd adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti