Bakı. Trend:
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədrinin əmrinə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə Abdullayev Sabiq Sabir oğlu, xidmət rəisinin müavini Ömərov Ruslan Kamal oğlu təyin edilib.
Bunadək S.Abdullayev adıçəkilən xidmətdə rəis müavini, R.Ömərov isə Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorunun müdiri olub.