...

"Azər Türk Bank" bu dəfə Qəbələ gənclərinə təlim keçib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2017 18:12 (UTC +04:00)
Bu gün "Azər Türk Bank" “ASAN xidmət” mərkəzi ilə birgə Qəbələ şəhərində, Qəbələ "ASAN xidmət" mərkəzində müxtəlif mövzularda təlim keçirib.
"Azər Türk Bank" bu dəfə Qəbələ gənclərinə təlim keçib (FOTO)

Bakı. Trend:

Bu gün "Azər Türk Bank" “ASAN xidmət” mərkəzi ilə birgə Qəbələ şəhərində, Qəbələ "ASAN xidmət" mərkəzində müxtəlif mövzularda təlim keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, təlim zamanı banklarda marketinq fəaliyyətinin təşkili, reklam və ictimaiyyətlə əlaqələr üzrə işin aparılması, PR kampaniyalarının, tədbirlərinin hazırlanması və həyata keçirilməsi, xidmət sektorunda müştəriyönümlü xidmətin təşkili və bu istiqamətdə digər məsələlərdən bəhs edilib.

Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, uzunmüddətli hədəf isə gələcəkdə bank sahəsi üzrə gənc kadrların hazırlığına dəstəkdir.

Tədbirdə təlimçi qismində "Azər Türk Bank"ın və Qəbələ "ASAN xidmət" mərkəzinin səlahiyyətli nümayəndələri çıxış ediblər. İştirakçılar Qəbələ ASAN mərkəzinin könüllüləri, maliyyə, iqtisadiyyat yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar, gənc sahibkarlar olublar. Təlimdən sonra onlara sertifikatlar verilib, ən aktiv iştrakçılardan 2 nəfər "Azər Türk Bank"ın Qəbələ şöbəsində təcrübə keçmək imkanı qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti