...

Sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 20:38 (UTC +04:00)
Gəncədə, Göyçayda və Şəkidə treninqlər keçirilib.
Sahibkarlar üçün treninqlər keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə gənclər, Göyçayda məcburi köçkünlər və Şəkidə arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlar üçün treninqlər keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının təmin edilməsi məqsədilə keçirilmiş treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalı və xidmətlərin göstərilməsinin təşkili, arıçılıqda səmərəliliyin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti