...

Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2019 18:32 (UTC +04:00)
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirakına dəstək göstəriləcək.
Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir

Bakı. Trend:

Ölkəmizdə qida sənayesi sahəsində fəaliyyət göstərən startapların, mikro və kiçik sahibkarların 15-17 may tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirakına dəstək göstəriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin təşkilatçılığı və “ZiraatBank Azərbaycan”ın dəstəyi ilə müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri sərgidə öz məhsullarını və bu sahədə göstərdikləri xidmətləri təqdim edəcəklər.

Mikro və kiçik sahibkarlar üçün ayrılmış xüsusi stenddə onlar tərəfindən istehsal edilən meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar nümayiş olunacaq.

Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir.

2018-ci ildə KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti