...

Türkiyə Azərbaycana polad və sement ixracını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2020 09:09 (UTC +04:00)
2019-cu ildə Türkiyə Azərbaycana 159,629 dollar məbləğində polad və sement ixrac edib
Türkiyə Azərbaycana polad və sement ixracını artırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ildə Türkiyə Azərbaycana 159,629 dollar məbləğində polad və sement ixrac edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən il Türkiyədən Azərbaycana polad ixracı 2018-ci illə müqayisədə 16,39 faiz artaraq 118,424 milyon dollar təşkil edib: “2019-cu ildə Türkiyədən Azərbaycana sement ixracı 2018-ci illə müqayisədə 5 faiz artaraq 41,205 milyon dollar təşkil edib”.

Nazirlikdən bildiriblər ki, ötən ilin dekabrında Türkiyədən Azərbaycan polad ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 21,66 faiz artıb və 9,658 milyon dollara bərabər olub: “2019-cu ilin dekabrında Türkiyədən Azərbaycan sement ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 0,83 faiz artaraq 2,604 milyon dollar təşkil edib”.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin polad ixracı 2018-ci illə müqayisədə 10,6 azalaraq 13,857 milyard dollar, sement ixracı isə 17,8 faiz artaraq 3,517 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti