...

Bitkoinin kursu yanvardan etibarən ilk dəfə 45 min dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2022 19:36 (UTC +04:00)
Bitkoinin kursu yanvardan etibarən ilk dəfə 45 min dolları ötüb

Bakı. Trend:

Kriptovalyutalara artan institusional dəstəyin fonunda qlobal bazarlarda Bitkoin və digər əsas kriptovalyutalar cümə günü bahalaşıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:15-də Bitkoinin kursu 44,963 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,43% çoxdur. Kriptovalyutanın qiyməti qısa müddət ərzində 45 min dolları ötüb, bu yanvar ayından bəri ilk dəfə qeydə alınıb.

Beynəlxalq analitikilkər Bitkoinin qiymətinin 45 min dollardan yuxarı kəskin qalxma ərəfəsində olduğunu vurğulayırlar. Mütəxəssislərin fikrincə, kursun möhkəmlənməsi fyuçers birjalarından kriptovalyutalara marağın artması ilə müşayiət olunur ki, bu da bazarın likvidliyini artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti