...

Bakıda beynəlxalq sərgilərin ikinci günü başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2022 10:50 (UTC +04:00)
Bakıda beynəlxalq sərgilərin ikinci günü başlayıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda Expo Mərkəzində beynəlxalq sərgilərin ikinci günü başlayıb.

Trend-in məlumatına görə, 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri davam edir.

Qeyd edək ki, sərgilərdə dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonlarla təmsil olunur.

Sərgilər oktyabrın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti