...

DGK "yaşıl dəhliz"in fəal iştirakçılarının sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2022 11:30 (UTC +04:00)
DGK "yaşıl dəhliz"in fəal iştirakçılarının sayını açıqlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi "yaşıl dəhliz"in 1,14 min iştirakçısını qeydiyyata alıb.

Trend-in məlumatına görə, bunu noyabrın 30-da komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev "Ticarət və ixracat" adlı forum zamanı deyib.

Onun sözlərinə görə, 790 sahibkar "yaşıl dəhliz"in fəal istifadəçisi, 284-ü ixracatçı, 580-i isə idxalatçıdır.

"2022-ci ilin əvvəlindən Azərbaycana idxal olunan məhsulların 20 faizi gömrük rüsumlarından azad edilib", - deyə o bildirib.

T.Alverdiyev əlavə edib ki, yanvarın birindən etibarən "e-customs" platformasında məhsulların qeydiyyatının yeni qaydalarının işə salınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti