...

Valyuta hərraclarında tələb təklifdən az olub - Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2023 11:57 (UTC +04:00)
Valyuta hərraclarında tələb təklifdən az olub - Mərkəzi Bank
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olub.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

"2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənmişdir. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir", - Mərkəzi Bankın məlumatında deyilir.

Xatırladaq ki, 2022-ci ildə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında orta tələb 52,4 milyon ABŞ dolları, təklif isə 70 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti