...

BAKI BANKLARARASI VALYUTA BİRJASINDA İYUN HƏRRACININ HƏCMİ 2,2 DƏFƏ ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2005 13:23 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBIB) valyuta seksiyasındakı hərracların yekunları üzrə 2005-ci ilin iyununda AKB birja bazarının aparıcı operatorları müəyyənləşdirilib. Birja-valyuta bazarının lider bankları sırasına Azərbaycan Milli Bankı (64,83% hərrac), "Azəriqazbank"səmhdar-investisiya bankı (5,77%), "Əmrahbank" kommersiya bankı (4,94%), "Rabitəbank" səhmdar-kommersiya bankı (8,81%) və "Bank of Baku" (2,93%) daxildir.

2005-ci ilin iyununda BBIB-nın valyuta seksiyasındakı hərracda 20 bank iştirak edib. Ötən ay ərzində Birja elektron hərrac sistemində (BEST) 21-ci ticari sessiya keçirilib və 114 sövdə bağlanıb. İyunda ABŞ dolları ilə hərracın həcmi 276,144 mln manat və ya $58,421 mln təşkil edib. Birjanın valyuta seksiyasının dövriyyəsinin 10,2% yanvarın 16-da başlanmış SWAP əməliyyatlarının payına düşüb. İyunda RUR və EUR sövdələrinin həcmi 207 mln manat təşkil edib.

Mayda ötən ayla müqayisədə valyata seksiyasının hərrac həcmi 2,2 dəfə artıb. Hesabat ayında milli valyutanın orta kursu 1 USD görə 4726.82 manat təşkil edib, mayda isə bu göstərici 4778,07 manata bərabər idi.

Yanvar-iyun aylarının yekunları üzrə valyuta sövdələrinin həcmi 1 836, 256 mlrd manat təşkil edib ki, bu da ötən ilin analoji müddəti ilə müqayisədə 29,38% azdır. Qeyd etmək lazımdır ki, eyni müddət ərzində manatın ABŞ dollarına münasibətdə birja kursunun revalvasiyası 4,08% və ya 200 manat bəndi təşkil edib.

Xəbər lenti

Xəbər lenti