...

ICARDA –NIN ƏLAQƏLƏNDİRİCİSİ BAKIYA SƏFƏR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 17:18 (UTC +04:00)

ICARDA -nın (International Center for Agricultural Reseach in the Dry Areas) Orta Asiya və Zaqafqaziya regionları üzrə əlaqələndiricisi Racendra Paronda Bakıya gələcək.

Kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend agentliyinə bildirilib ki, səfər iyulun 18-nə planlaşdırılıb.

Mərkəzdə qeyd olunub ki, əlaqələndiricinin səfəri tanışlıq xarakteri daşıyır.

Ekspert səfər çərçivəsində Genetika və Əkinçilik institutunda olmağı planlaşdırır.

Bununla yanaşı kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzinin direktoru Əsəd Musayevlə görüş keçiriləcək.

O, eyni zamanda ICARDA -nın Azərbaycandakı əlaqələndiricisidir.

Bundan başqa, R.Parondanın AR kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşü planlaşdırılır.

Görüşdə aqrar sahədə nazirliklə ICARDA arasındakı əməkdaşlığın gələcək inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Mənzil qərargahı Hələbdə (Suriya) yerləşən ICARDA 1977-ci ildə yaradılıb

Xəbər lenti

Xəbər lenti