...

AZƏRBAYCANDA DÜNYA BANKININ AQRAR UYĞUNLAŞDILMIŞ KREDİTLƏŞDİRMƏ PROQRAMININ MÜDDƏTİ UZADILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 14:36 (UTC +04:00)

Azərbaycan hökuməti və Dünya Bankı "Kreditləşmə və Azərbaycanda kənd təsərrüfatının inkişafı"uyğunlaşdırılmış kreditləşmə proqramı (UKP-1) çərçivəsində əməkdaşlığı uzatmağa hazırdır. Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, bu günlərdə hökumət DB- ilə UKP çərçivəsində əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar qəbul etməlidir.

"Bankla artıq ilkin məsləhətləşmələr aparılıb və o UKP-nin yeni mərhələsində əməkdaşlığı davam etdirməyə hazırdır ", - deyə NK-dən bildiriblər.

UKP-1 bankın icraçı direktorlar Şurası tərəfindən 1999-cu il iyunun 8-dəı 33,6 milyon dollar dəyərində 4 illiyə təsdiq olunub ki, həmin məbləğdən 3,6 milyon dolları Azərbaycanın payıdır. Bank tərəfdən maliyyələşdirmə 10 illiyə 100 milyon dollar artırıla bilər. UKP çərçivəsində kredit razılaşmaları oktyabrın 4-də imzalanıb, proqramın reallaşdırılmasına isə 1999-cu il dekabrın 21-dən başlanılıb. UKP-1 2005-ci il sentyabrın 5-nə kimi uzadılıb.

Xəbər lenti

Xəbər lenti