...

SENTYABRIN 1-NƏ İQTİSADİ İNKİŞAF NAZİRLİYİ DÖVLƏT BÜDCƏSİNİN VƏSAİTLƏRİ HESABINA HƏYATA KEÇİRİLƏCƏK İNFRASTRUKTUR LAYİHƏLƏRİNİN SİYAHISINI TƏQDİM EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 10:43 (UTC +04:00)

Sentyabrın 1-nə İqtisadi İnkişaf Nazirliyi Dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçiriləcək layihələrin siyahısını təqdim edəcək. İqtisadi inkişaf naziri Fərhad Əliyevin Trend ə bildirdiyi kimi, artıq siyahının layihəsi hazırdır.

"Siyahıda göstəriləcək bütün layihələr infrastruktur layihələrdir və enerji, yol, su və digər infrastrukturların yaradılmasına yönəlib. 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən $160 mln vəsaitin ayrılması planlaşdırılır", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" 31 may 2005-ci il tarixli fərmanı ilə İİN-ə müvafiq dövlət orqanları ilə birlikdə 3 ay ərzində 2006-cı il və növbəti 3 il üçün investisiya proqramları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əsas infrastruktur layihələri müəyyənləşdirərək prezidentə təqdim etmək, o cümlədən, onların maliyyə mənbələrini göstərmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti