...

Dövlət Statistika Komitəsi İQİ-nin hesablanmasında BVF-nun metodologiyasını rəhbər tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 14:54 (UTC +04:00)

Dövlət Statistika Komitəsi istehlakçı qiymətlərinin indeksinin hesablanması zamanı Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu və İqtisadi əməkdşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanmış son metodologiyanı əldə rəhbər tutacaq. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, bununla əlaqədar istehlakçı qiymətlənrini indeksinin hesablanması üçün yeni metodologiyanın işlənib hazırlanmasına ehtiyac yoxdur.

Hazırda BVF-nun texniki missiyası Bakıdadır və Fondun statistik departamentinin aparıcı eksperti Maykl Silver martın 3-nə kimi Dövlət Statistika Komitəsi ilə məhz bu yöndə məsləhətləşmələr aparmaq niyyətindədir. Komitə İQİ-nin hesablanmasında BVF-nun meteodologiyasını əldə rəhbər tutur və artıq iki ildir ki, klassifikatorun son versiyasından istifadə edir. O MDB-nin bir çox ölkələrində tətbiq edilməsə də, Azərbaycan Qaxazıstandan və Rusiyadan geri qalmır. BVF-nun texniki missiyasının Bakıya son səfəri gedişində Dövlət Statistika Komitəsinin əməkdaşları indekslərin mövcud hesablanması metodologiyasının qiymətləndirilməsini xahiş etmişdilər, Fond isə eksperti texniki yardım çərçivəsində Bakıya göndərib.

Xəbər lenti

Xəbər lenti