...

Bakıda ATƏT-in iştirakçı ölkələrinin nəqliyyatla bağlı konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2006 15:08 (UTC +04:00)

Martın 16-17-də Bakıda ATƏT üzvü olan ölkələrin nəqliyyata dair II hazırlıq konfransı keçiriləcək. Konfrans zamanı bu ölkələrin nəqliyyat sahəsindəki durumu, təhlükəsizlik və ekologiya ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. Bu barədə Trend ə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində, həmçinin, ATƏT-in iştirakçı ölkələrinin nəqliyyatla bağlı əsas konfransının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək.

ATƏT-in iştirakçı ölkələrinin nəqliyyatla bağlı I hazırlıq konfransı 2005-ci il noyabrın 7-8-də Duşənbədə keçirilmişdi. Bu konfransda TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev və Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti