...

AYİB Azəriqazbankın borcuna qoyulan həddi $4,5 mln. artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2006 20:53 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) Azəriqazbanka AYİB-in kredit ehtiyatlarının götürülməsinə qoyulan həddin daha $4,5 mln. artırılması barədə xəbərdarlıq edib. Bu barədə Trend ə Azəriqazbankın idarə heyətinin sədri Azər Mövsümov bildirib.

Yaxın vaxtlarda bunun AYİB-in direktorlar Şurasında təqdir ediləcəyi planlaşdırılır. İndiyədək bu hədd Azərbaycan bankı üçün $5,5 mln. səviyyəsində müəyyən edilib və hazırda bu, tamamilə mənimsənilib. Azəriqazbank artıq AYİB-dən kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə ümumi $3,5 mln. və ticarət maliyyələşdirməsinə $2 mln. həcmində kredit xətti alıb.

Əlavə ayrılan vəsaitlərdən $2,5 mln. ticarətin inkişafı proqramına $1 mln. KOS və $1 mln. mikro və kiçik biznesin inkişafı proqramına ayrılacaq.

Mikro və kiçik biznesin inkişafının maliyyələşdirilməsi Avropa bankının yeni proqramıdır. Ötən ildən Azərdəmiryolbank, Respublika bankı və UniBank bu proqramda iştirak edir. İlkin razılaşmaya əsasən AYİB banka $500 min həcmində kredit xətti açmağı planlaşdırır. Baxmayaraq ki, AYİB bu vəsaitləri hələ ötən il kiçik və orta sahibkarlığın inkişafına digər kredit xətti çərçivəsində təqdim etməyə hazır idi. Bu proqram üzrə kredit müqaviləsi artıq imzalandığı üçün Azəriqazbank buraya dəyişikliklər etməyə razı olmayıb, bundan başqa, KOS üçün kreditin məbləği bunun nəticəsində azaldıla bilərdi. Yeni həddin müəyyən edilməsindən sonra mikro və kiçik biznesə ayrılan kreditin həcmi də artırılıb.

Borcların həddi nizamnamə kapitalından asılı olaraq təyin edilir. Hazırda Azəriqazbank NK 5,8 mln. AZN. səviyyəsində formalaşdırılıb, amma bankın səhmdarları artıq bunun 12 mln. AZN.-dək artırılmasına dair qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti