...

Kapitalbank "Millikart"a səhmdar kimi daxil olmağa üstünlük verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2006 16:15 (UTC +04:00)

Dövlət müəssisəsi olan Kapitalbank Azərbaycan Milli Bankının pressinq mərkəzi "Millikart"ın səhmlərinin alışında iştirakını hələ müəyyənləşdirməyib. Trend in bankın rəhbəri Rauf Rzayevə istinadən verdiyi məlumata görə, maraq var və bu məsələ bankın İdarə Heyətində müzakirə edilir. Lakin AMB-nin bankın mərkəzə buraxılışı üzrə şərtlərinin, eləcə də pressinq şirkətinin səhmdarlarının hansı xidmətlərdən istifadə edəcəklərinin qeyri-müəyyənliyi ilə əlaqədar konkret qərar hələ qəbul olunmayıb.

R.Rzayevin sözlərinə görə, bankın qərarı bu məsələlərdən asılı olacaq: o, ya səhmdarlardan biri kimi "Millikart"da təmsil olunacaq, ya da şərtlərin "Azərikard"da olduğundan daha sərfəli olacağı halda istifadəçi olacaq.

Milli bank yanvar ayında banklara mərkəzin səhmlərinin alınmasında iştirak etməklə bağlı müraciət etsə də, o zaman onun dəyəri banklara elan edilməmişdi.Lakin bu yaxınlarda MB onu maya dəyəri üzrə deyil, məhz $3,5 mlna satmaq istəyini elan edib. Mərkəzin nizamnamə fondu da bu həcmdə formalaşacaq.

"AMB bu sövdələşmədən əlavə gəlir əldə etmək istəyir", -deyə AMB-nın İdarə Heyətinin sədrinin müavini Alim Quliyev Trend ə bildirib.

Bu xərclər DB -nın "Azərbaycanın maliyyə sektoruna texniki yardım" layihəsi üçün ayırdığı $1,8 mln. və MB-nın qoyduğu $1,7 mln. vəsaitə daxil edilib.

Bu günə kimi Kapitalbank tərəfindən 260 min kartoçka buraxılıb.

Xəbər lenti

Xəbər lenti