...

Azərbaycan və Litva iqtisadi əlaqələri müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 18:57 (UTC +04:00)

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev martın 30-da Latviya respublikasının ölkədəki yeni səfiri Vytautas Nauduzası qəbul edib. Trend bildirir ki, bu barədə Nazirliyin yaydığı məlumatda deyilir.

Nazir görüşdə Litvaya nümayəndəsinə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılvn iqtisadi islahatlar barədə məlumat verib və deyib ki, ölkə ötən il inkişaf tempinə görə nəinki MDB məkanında, eləcə də dünya ölkələri arasında öncül yerlərdən birini tutub.

H.Babayev Azərbaycan və Litva arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb.

2005-ci ildə Azərbaycan ilə Litva arasında ticarət dövriyyəsinin cəmi $7 mln. təşkil etdiyini xatırladan nazir Litva sahibkarlarını yerli iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.

V.Nauduzas qeyd edib ki, ölkələr arasındakı ticari-iqtisadi əlaqələrin inkişafı üçün öz səylərini əsirgəməyəcək.

Xəbər lenti

Xəbər lenti