...

Musa Pənahov: Bakıda ilk körpülər gələn ilin birinci yarısında istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 20:12 (UTC +04:00)

Bakıda yeni körpülərin tikintisi qrafikə uyğun həyata keçirilir. Proqnozlara əsasən, gələn ilin birinci yarısında bir neçə körpü istismara veriləcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib.

Hazırda artıq 9 körpünün təməli qoyulub: "Məşədi Əzizbəyov" metro stansiyası yaxınlığında (30,8 mln. AZY), "20 Yanvar" metro stansiyası yaxınlığında (18,8 mln. AZY), Tbilisi prospektində (9,4 mln. AZY) və Atatürk prospektində (8,9 mln. AZY). Bu gün "Xalqlar Dostluğu" stansiyası yaxınlığında 7,7 mln. AZY dəyərində olan daha bir körpünün təməli qoyulub.

May ayının sonuna qədər paytaxtda daha 9 körpünün təməli qoyulacaq, aeroport istiqamətində yol genişləndiriləcək və yeraltı keçidlər tikiləəck. Bu işlərin ümumi dəyəri 300 mln. AZY həcmində qiymətləndirilir. İşlər prezidentin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti