...

Bakıda təmizlik və gigiyena vasitələrinin sərgisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 13:14 (UTC +04:00)

Mayın 11-də Bakıda Azərbaycan Beynəlxalq Təmizlik və Gigiyena Vasitələri sərgisi açılıb. Trend in xəbər verdiyi kimi, sərginin təşkilatçıları "Iteca" şirkəti və Azərbaycan Ticarət-Sənaye Palatasıdır.

Sərgidə dünyanın təxminən 15 ölkəsindən - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Ukrayna və digər ölkələrdən 30-dək şirkət iştirak edir. Sərgidə təmizlik və gigiyena vasitələrinin, o cümlədən məişət texnikasının aparıcı istehsalçıları öz məhsullarını təqdim edib.

Sərginin açılışında Azərbaycan Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, Iteca, o cümlədən xarici şirkətlərin nümayəndələri iştirak edib. Sərgi mayın 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti