...

Azərbaycan Dəmir Yolu ilə yük daşımaları 35 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 12:40 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Dəmir Yolu ilə 9,9 mln. ton müxtəlif yük daşınıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 35,7% çoxdur. 2006-cı ilin yanvar-aprel ayları üçün proqnoz 26,1% yerinə yetirilib. Bu barədə "Trendə" ADDYİ-dən məlumat verilib.

Yüklərin ümumi daşınma həcminin 5,3 mln. tonu neft və neft məhsullarının payına düşür.

2006-cı ilin yanvar-aprel aylarında dəmir yolu ilə 1,8 mln. nəfər sərnişin daşınıb. Sərnişin daşımasından 5,9 mln. AZN gəlir əldə olunub.

Xəbər lenti

Xəbər lenti