...

Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyində işə qəbul olunmaq imtahanlarda 1167 nəfər iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 13:37 (UTC +04:00)

Mayın 13-də keçirilən Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyində işə qəbul olunmaq üçün qəbul imtahanlarında 1167 nəfər iştirak edir. Bu barədə Trend xəbər yayıb.

İmtahanlar Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" qanununa müvafiq olaraq həyata keçirilir və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunub. İmtahanlar Bakıda və Naxçıvanda iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlər test imtahanlarını verməlidirlər.

Test imtahanında mümkün balların ən azı 80 %-ni toplayan namizəd imtahanın birinici turunu keçmiş hesab edilir. İmtahanlardan uğurla keçən namizədlər müsahibəyə dəvət olunur. Müsahibənin nəticələri də balla qiymətləndiriləcək.

Namizədlərin topladığı mümkün yekun balın 80 faizi test imtahanı zamanı, 20 faizi isə müsahibə yolu ilə formalaşır.

Xəbər lenti

Xəbər lenti