...

82 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə qəbul imtahanlarının 1-ci turundan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2006 18:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəlmək istəyən 682 nəfərdən 82-si Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunmuş qəbul imtahanının 1-ci mərhələsini geridə qoyub. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

Bunların 502 nəfəri Bakıda, yerdə qalanlar isə Naxçıvanda imtahan verib. Birinci mərhələdə namizədlər test imtahanı verib. Növbəti mərhələdə onlar müsahibədən keçməlidir. 1-ci turda maksimum bal 80 bal olub. Söhbətin nəticələri də balla qiymətləndirilir.

Namizəd yekun balın 80%-ni test imtahanı, 20%-i isə müsahibədə toplamalıdır.

Xəbər lenti

Xəbər lenti