...

Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi 500 SC-də monitorinq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 16:10 (UTC +04:00)

2006-cı ilin əvvəlindən özzələşdirmə prosesi çərçivəsində Xüsusi Hərracların Təşkili üzrə Hərrac Mərkəzində təxminən 30 hərrac keçirilib. Trend agentliyinin Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu hərraclarda təxminən 50 səhmdar cəmiyyətin səhmləri satılıb.

Tam və qismən dövlət mülkiyyətində olan dövlət əmklakının səmərəli istifadəsi və saxlanması vəziyyətinin araşdırılması məqsədilə, eləcə də müəssisələrdə istehsalat fəaliyyətini öyrənmək və özlləşdirmə imkanlarını təhlil etmək üçün təxminən 500 SC-də monitorinq keçirilib.

Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərinin məqsədi özəlləşdirilən müəssisələrə investisiya qoyuluşlarının artırılması və yeni iş yerlərinin açılması, eləcədə dövlət büdcəsinə səhmlərin satışından daxil olan vəsaitlərin arıtırılmasıdır.

Xəbər lenti

Xəbər lenti