...

Ələkbər Məmmədov: Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı vəsait $440 milyard təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 21:00 (UTC +04:00)

Türkiyənin Azərbaycan iqtisadiyyatındakı investisiyalarının həcmi 4,5 mlrd. dollar təşkil edir. Bunun 2,2 mlrd. dolları neft sektoruna yönəldilib. Trend agentliyinin məlumatına əsasən, Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov bildirib ki, bu gün Azərbaycanda Türkiyə kapitalı ilə işləyən 400 müəssisə var, bunun 115-i ötən il qeydiyyatdan keçib.

Onun sözlərinə görə, yalnız ticarət sahəsinə 440 mln dollar yatırılıb ki, bu da 16 min iş yerinin yarıdılmasına imkan verib. Ümumilikdə neft sektorunda Türkiyənin kapitalı ilə 30 min işçi yeri yaradılıb.

"Bu gün turizm və mehmanxana biznesi Azərbaycanda qabaqcıl sahəyə çevrilir. Buna görə Türkiyənin iş adamları bu gün işlədikdləri istiqamətlərlə kifayətlənməməlidirlər. Bundan əlavə, respublikada kifayət qədər yaxşı hüquqi baza yaradılıb" - deyə Ə.Məmmədov qeyd edib. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında protokol, ikili vergiqoymadan yayınma haqqında saziş, investisiyaların qarşılıqlı müdafiəsi haqqında saziş var.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkiaşfı üzrə Departamentinin nümayəndəsi Zaur Qasımov deyib ki, hazırda Dünya Bankı ilə birgə hazırlanmış "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi parlamentdə müzakirə olunur. Bundan əlavə, hazırda respublikada azad iqtisadi zonaların və sənaye şəhərciklərinin yaradılması prosesi gedir və Türkiyənin bu məsələdəki təcrübəsi çox maraqlıdır.

Xəbər lenti

Xəbər lenti