...

Azərbaycanın Ekologiya Nazirliyi bölgələrdə kəndlərin içməli su ilə təchizat planını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 15:36 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə bölgələrində kəndlərin beynəlxalq standartlara uyğun olaraq içməli su ilə təchiz olunması üzrə tədbirlər planını (1-ci mərhələ) hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 18-də Nazirliyin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin başçısı Arif İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, sənəd baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.

"Hazırda bu məqsədlə Japanese International Development Agency-nin sifarişi üzrə "Kajima" korporasiyası ilə araşdırmalar aparılır. İlk növbədə 15 kəndin su təminatının yaxşılaşdırılmasına yönəldilmiş qrant sazişi hazırlanır.

1-ci mərhələnin gerçəkləşdirilməsi əhalisinin sıxlığı 130 min nəfər təşkil edən 150 kəndin su təminatının yaxşılaşdırılmasına imkan verəcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti