...

Azərbaycanda yeni tipli istilik təchizatı obyektləri tikilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2006 15:05 (UTC +04:00)

İnvestisiya proqramına əsasən, "Azəristiliktəchizat" Səhmdar Cəmiyyəti Bakıda 11 yeni qazanxananın tikintisini başa çatdırıb ki, bunlardan dördü artıq istsmara verilib. Trend dən verilən məlumata əsasən, bu barədə Azərbaycan prezidenti yanında keçirilən iclasda "Azəristiliktəchizat" SC-nin rəhbəri Yaşar Həsənov məlumat verib. Azərbaycanda ilk dəfə olaraq konteyner tipli qazanxana hazırlanıb və sınaqdan keçirilib. Y.Həsənov bildirib ki, "onlardan Azərbaycan rayonlarında məktəb və xəstəxanaların isidilməsi üçün istifadə oluna bilər".

SC həmçinin istilik təchizatı obyektlərinin inventarlaşdarılmasını başa çatdırıb və görüləcək işlərin planını hazırlayıb. Bu plan çərçivəsində 15 qazanxanada əsaslı təmir işləri aparılıb, 96 istilik qazanı mexaniki və kimyəvi yolla təmizlənib, qazanxana və istilik mərkəzlərində 182 nəzarət-ölçü aparatı, 381 nasos qurulub, 32 min metr uzunluğunda istilik xətləri təmir olunub. "Azəristiliktəchizat"ın rəhbəri bildirib ki, 118 qazanxana, 130 istilik məntəqəsi və 2 artırıcı nasos stansiyası işlək rejimə salınıb.

Xəbər lenti

Xəbər lenti